Azərbaycanda işdən çıxarılan QALMAQALLI rəislər, direktorlar - SİYAHI

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat həyata keçirilməyib. Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb. DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Yeniavaz.com saytı qalmaqallı şəkildə işdə çıxarılan rəislərin, direktorların siyahısını təqdim edir.

Bir müddət öncə Daxili işlər naziri Ramil Usubov Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarmışdı. Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanmış, mətbuatın gündəminə gəlmişdi.

Ramil Usubov Suraxanı Dövlət Yol Polisi Şöbəsinin rəisi Emin Məmmədovu da qalmaqallarla əlaqədar vəzifəsindən azad edib. Belə ki, bir müddət əvvəl Emin Məmmədovun adı Xocalı rayon sakini Elməddin Bayramovu özünə intihar həddinə çatdırmasında hallandırılmışdı.

İddia olunurdu ki, Emin Məmmədov öz şəxsi "Porsche" markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə Elməddin Bayramovun idarə etdiyi "Vaz-2105" markalı 10 GO 893 nömrəli avtomobili saxlayıb. Sürücüyə qarşı kobudluq edən polis rəisi onu özündən çıxarıb. Nəticədə, sürücü idarə etdiyi maşına od vuraraq yandırıb.

Bir müddət öncə Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən kənarlaşdırılıb. Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılırdı.

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, direktor vəzifəsindən azad edilib. Bu barədə E. Qafarov özü məlumat verib. E. Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və nazirlik onun ərizəsini qəbul edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun (FHİ) uzun müddətdir adı müxtəlif qalmaqallarda hallanan elmi işçisi Xaliq Əhmədzadə də işdən azad edilib. AMEA prezidenti akademik Akif Əlizadənin təkidi ilə FHİ-nin direktoru professor İlham Məmmədzadə Xaliq Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr verib.

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova da vəzifəsindən qalmqallı şəkildə azad olunanlardandır. X. Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən borc götürüb qaytarmadığına görə döyülməsi barədə xəbərlər yazılıb.

Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətov qalmaqallı şəkildə işdən çıxarılıb. Bu məsələ rektorluqda ciddi müzakirə olunub. Müzakirə əsnasında M. Höcətov tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib və onun müraciəti təmin edilib.

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba rayon icra şöbəsinin rəisi İsrafil Mustafayevin vəzifəsindən azad edilməsi barədə xəbərlər mətbuatda yayılmışdı. İ. Mustafayev azyaşlını təzyiqə və zorakılığa məruz qoymaqda ittiham edilirdi.

"Azərişıq" ASC Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədov da bir müddət öncə qalmaqallarla əlaqədar işdən çıxarılmışdı.

Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.

Rayon Təhsil Şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb.

Xatırladaq ki, direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top