Pxençxan Qış Olimpiadasında medal hesabı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qiş Olimpiya Oyunlarında 11-ci yarış günü arxada qalıb. Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, Olimpiadanın medal hesabında Norveç liderliyini qoruyub saxlayıb. Skandinaviya ölkəsinin aktivində 29 medal var. Medallardan 11-nin əyarı qızıl, 10-nun gümüş və 8-nin bürüncdür. İkinci yeri Almaniya yığması tutur. Almanlar 11 qızıl, 7 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 23 medal qazanıblar. İlk üçlüyü isə Kanada idmançıları tamamlayır. Kanadanın hesabında 19 medal var: 8 qızıl, 5 gümüş və 6 bürünc.

DİGƏR XƏBƏRLƏR

Top