Ərdoğanla Putin zəngləşdi

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı aparılıb. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, iki lider telefon söhbəti zamanı Suriyanın Afrin və İdlib bölgələrində mövcud vəziyyəti müzakirə edib. O cümlədən İdlibdə gərginliyi azaltma zonasında yeni müşahidə məntəqələrinin qurulması prosesi ilə əlaqədar məsələlərə toxunulub. Türkiyə Prezidenti həmkarına Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı məlumat verib. R. T. Ərdoğan və V. Putin telefon danışığında terrorçuluqla mübarizədə əməkdaşlıq və koordinasiya çərçivəsində fəaliyyəti qətiyyətlə davam edirməyə təsdiq ediblər. İki lider ikitərəfli və regional məsələlərdə yaxın təmasda olmanın davam etdirilməsinin önəmini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top