Suriya rejimi bir neçə saat ərzində Afrinə girəcək

Suriya Prezidenti Bəşşar Əsədə yönümlü qüvvələr bir neçə saat ərzində Afrinə girəcək.

Yeniavaz.com-un "CNN Türk" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat verib. Əsasını YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri və rejim qüvvələri arasında Afrin məsələsində razılıq əldə olunduğu bildirilir.

YPG Afrində tərksilah olmaqdan və idarəçiliyi rejim qüvvələrinə verməkdən imtina edib, bunun əvəzində tərəflər Mənbic modelini müzakirə ediblər. Bu modelə əsasən, PYD/PKK və Əsəd rejimi Afrinə rəmzi sayda hərbçilər yerləşdirmək barədə razılığa gəlib.

Rejim əsgərləri "Zeytun budağı" əməliyyatında formalaşan cəbhələrdə yerləşdiriləcək.

Xatırladaq ki, Suriya hökumət qoşunları Türkiyənin Mənbicə mümkün əməliyyatına qarşı Mənbicin qərbinə hərbçilər göndərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top