Afrin problemini qanuni yolla, Suriya hökuməti ilə dialoq vasitəsilə həll etmək lazımdır.
Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Valday" beynəlxalq diskussiya klubunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, ABŞ geosiyasi və geoiqtisadi oyunlar oynamaq üçün Suriyada bəsirətsiz cəhdlər edir: "Təəssüf ki, onlar bizim kürd əhalinin bəzi hissələrindən sui-istifadə edir. Afrin problemi sərəncamımızda olan qanuni resurslar əsasında Suriya hökuməti vasitəsilə həll oluna bilər. Hərçənd ABŞ-ın Suriyadakı motivləri ilə əlaqədar narahatlıqları başa düşürük, hesab edirik ki, Afrində vəziyyəti həll etməyin daha qanuni yolları var".
Nazir qeyd edib ki, ABŞ-ın regiondakı planlarına görə Türkiyənin narahatlığını başa düşmək olar və bu narahatçılıqla məşğul olmaq lazımdır: "Və bunu Suriya hökuməti vasitəsilə qanuni həll etmək lazımdır. Özgə torpaqları zəbt etmək problemləri həll etməyəcək".