Azərbaycanda mənzillərin 1 kv. metrinin maya dəyəri 437 manat olub

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az vəsait yönəldilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, istifadə olunub vəsaitin 801,9 milyon manatı və ya 83,5 faizi məhsul istehsalı obyektlərinin, 105,5 milyon manatı (11 faizi) xidmət sahələri üzrə obyektlərin, 52,9 milyon manatı (5,5 faizi) isə ümumi sahəsi 121 min kvadrat metr olan (1 kvadrat metri 437,2 manat) yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 19,5 faizi dövlət, 80,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitlərin 72,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 52,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 782,1 milyon manat, bank kreditləri 63,9 milyon manat, büdcə vəsaitləri 58,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 6,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 49,5 milyon manat təşkil edib.

2018-ci ilin yanvar ayında əsas kapitala yönəldilən ümumi vəsaitin 66,3 faizi sənaye, 12,6 faizi tikinti, 10,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,8 faizi səhiyyə, 0,6 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,5 faizi informasiya və rabitə, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,2 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

DİGƏR XƏBƏRLƏR

Top