İranda qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

O, qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcək. Report

DİGƏR XƏBƏRLƏR

Top