Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

Türkiyə ordusuna istinadən yayılan məlumata görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb. Report

DİGƏR XƏBƏRLƏR

Top