Almaniyada yeni prezident olacaq


Almaniyanın indiki prezidenti Yoaxim Qauk bütün təkidlərə rəğmən yenidən namizəd olmayacağını və vəzifəsindən gedəcəyini açıqlayıb. “Yeniavaz.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2012-ci il martın 23-də Almaniya prezidenti seçilən Y. Qauk ölkənin sayca 11-ci prezidentidir. Almaniya 2017-ci il fevralın 12-də 12-ci prezidentini seçəcək. Federal Məclislər Qurumunun 1260 üzvü tərəfindən seçiləcək olan yeni prezidentin 631 səs toplaması lazımdır. Beş illik prezidentlik vəzifəsi üçün Almaniyada hazırda 10 namizədin adı keçir. Onların arasında ölkənin xarici işlər naziri Frank Valter Ştaynmayer və Yaşıllar Piartiyasının 48 yaşlı iran əsilli Navid Kermani də var.

DİGƏR XƏBƏRLƏR

Top