ACG yatağında əməliyyat xərcləri azalıb - CƏDVƏL

2017-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 456 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 180 milyon dollar əsaslı məsrəflər xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. Açıqlanan məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı illə müqayisədə ötən il ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 9,3% və ya 47 milyon dollar, əsaslı məsrəflər isə 18,6% və ya 270 milyon dollar azalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top