Türkiyə ABŞ-a Mənbicdə birgə qoşun yerləşdirməyi təklif edib

Türkiyə hakimiyyəti ABŞ-a Suriyanın Mənbic bölgəsində öz hərbi kontingentini birlikdə yerləşdirməyi təklif edib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə türkiyəli məmur deyib.

Onun sözlərinə görə, Ankara bundan başqa YPG-nin Fərat çayının şərqinə keçirilməli olduğunu bəyan edib.

Mənbə qeyd edib ki, ABŞ Dövlət Katibi Reks Tillersonun ötən gün Ankaraya səfəri zamanı edilən bu təklifi nəzərdən keçirir.

DİGƏR XƏBƏRLƏR

Top