Yanvar ayında adambaşına 397 manat gəlirimiz olub

2018-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq ayına nisbətən 11,7 faiz artaraq 3 milyard 882,3 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 396,9 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 576,4 milyon manatlıq vəsait qalıb.

DİGƏR XƏBƏRLƏR

Top