Bakıda fəhlə yarımtikilidə yıxılaraq ölüb

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.

Hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.

1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. Report

DİGƏR XƏBƏRLƏR

Top