ABŞ-da məktəbdə atəş açan 19 yaşlı gənc 17 qətldə ittiham edilir

ABŞ-ın Florida ştatının Parklend şəhərində məktəb şagirdlərinə atəş açan 19 yaşlı Nikolas Kruza qarşı ittiham irəli sürülüb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o, 17 nəfəri qəsdən öldürməkdə ittiham edilir. N. Kruz dindirildikdən sonra Borourd dairəsinin həbsxanasına aparılıb. Xatırladaq ki, ötən gün baş vermiş insident zamanı 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. Onlardan 5-inin vəziyyəti ağırdır. N. Kruz daha əvvəl həmin məktəbin şagirdi olub, lakin intizamsızlığa görə təhsil müəssisəsindən ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top