Türkiyənin müdafiə naziri: ABŞ YPG-ni PKK-ya qarşı vuruşdurmağı təklif edir

Türkiyənin müdafiə naziri Nurəddin Canikli amerikalı həmkarı Ceyms Mettis ilə görüşünün təfərrüatlarını açıqlayıb. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, N. Canikli bildirib ki, C. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərinə ehyam vurub. Onun sözlərinə görə, C. Mettis YPG-ni PKK-ya qarşı vuruşdura biləcəklərini və bunun üçün səy göstərəcəklərini vurğulayıb: “Biz də bunun mümkün olmadığını, YPG və PYD-nin PKK-nın tərkibindən heç vaxt çıxmayacağını, xüsusilə də PKK-ya qarşı vuruşdurulmasının mümkün olmadığnı dedik. Çünki bu təşkilat eyni yerdən idarə olunur. Eyni məqsəd üçün terror fəaliyyətlərinə davam edirlər. ABŞ-dan gözləntimiz terror təşkilatları ilə əməkdaşlıq etməmələri, müttəfiqi Türkiyə ilə birlikdə işləməsidir”.

DİGƏR XƏBƏRLƏR

Top