NATO ölkələri “hərbi Şengen” quracaqlar

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şimali Atlantik Alyansının Avropa sərhədlərində “hərbi Şengen” yaratmaq barədə razılığa gəliblər. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, alyans ölkələrinin müdafiə nazirləri ötən gün bu təklifi Brüsseldə keçirilən görüşdə razılaşdırıblar. Müdafiə nazirliklərinin rəhbərləri Avropada qüvvələrin göndərilməsi üzrə komanda qərargahının təsis edilməsini qəbul ediblər. İlk dəfə bu ideyanı ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces irəli sürüb. O bəyan edib ki, müttəfiq qoşunlar və hərbi texnika miqrantlar kimi sürətlə yerini dəyişməlidir: “Hazırda qoşunların və silahların yerini dəyişdirmək üçün icazələrin alınması bir sıra ölkələrdə mürəkkəb prosesə çevrilib”.

DİGƏR XƏBƏRLƏR

Top