Yarım milyona yaxın rusiyalını müflisləşmə təhlükəsi gözləyir

Müflisləşmə təhlükəsi gözləyən rusiyalıların sayı il ərzində 24 min nəfər (5,8 faiz) artaraq 435 min nəfərə çatıb. Yeniavaz.com-un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “Ekvifas” kredit tarixçiləri bürosunun araşdırmasında deyilir. Təhlükə ilə üzləşən borcluların sayının artımı Rusiyanın 51 regionunda qeydə alınıb. Azalma yalnız 9 regionda baş verib. Potensial müflislərin sayı üzrə lider regionlar arasında Moskva şəhəri, Moskva və Tümen vilayətləri ilk sıraları tutur. Heç olmasa bir kredit üzrə 500 min rubldan çox borcu olanlar və həmin kredit üzrə azı 90 gün ödəniş etməyənlər risk qrupuna daxildir.

DİGƏR XƏBƏRLƏR

Top