Azərbaycanda 886 min evdə qaz balonundan istifadə edilir - RƏSMİ MƏLUMAT

Ölkə üzrə mövcud olan 2 milyon 32,4 min ev təsərrüfatının 29,2%-də və ya 886,4 min evdə qaz balonundan (sıxılmış qaz) istifadə olunur. Yeniavaz.com-un Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, qaz balonundan istifadə edən ailələrin sayı ən çox Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Naxçıvanda ev təsərrüfatlarının yarıdan çoxunda - 54%-də qaz balonundan istifadə olunur. Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeronda qeydə alınıb. Bakıda mövcud olan evlərin 3,2%-də, Abşeronda isə 2,3%-də qaz balonundan istifadə edilir. Bu göstərici, Gəncə-Qazaxda 30,4%, Şəki-Zaqatalada 44,1%, Lənkəranda 52,4%, Quba-Xaçmazda 28,1%, Aranda 53%, Dağlıq Şirvanda 24,8% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top