İsrail parlamenti qondarma erməni soyqırımını tanımadı

İsrail parlamenti (Knesset) müzakirəyə çıxarılan qondarma erməni soyqırımı barədə qanun layihəsini qəbul etməyib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, qanun layihəsinin müəllifi olan "Eş Atid" partiyasının lideri Yair Lapid bildirib ki, parlamentin qanun layihəsindən imtina etməsi başa düşülən deyil: "Holokost" soyqırımını yaşayan bir xalqın parlamentində belə bir qanunun qəbul edilməməsini başa düşmürəm".

İsrailin Xarici işlər naziri Tsipi Xotovel isə bildirib ki, indiki halda belə bir qanunun qəbulu İsrailin əleyhinə ola bilər: "Belə bir qanun qəbul etməyimiz diplomatik böhrana səbəb olar. Açıq şəkildə görünür ki, qanun layihəsinin hazırlanmasının arxasında siyasi məqsədlər dayanır".

Məlumat üçün xatırladaq ki, bugünə kimi qondarma erməni soyqırımı bir çox dövlətlər tərəfindən rəsmən tanınıb. "Erməni soyqırımı"nı ilk dəfə 1965-ci ildə Uruqvay tanıyıb. Bundan sonra Rusiya, Fransa, İtaliya, Hollandiya, Belçika, Polşa, Litva, Slovakiya, İsveç, İsveçrə, Yunanıstan, Kipr, Livan, Kanada, Venesuela, Argentina və ABŞ-ın 42 ştatı qondarma soyqırımı tanıyıb. Həmçinin "erməni soyqırımı" Vatikan, Avropa Parlamenti, Dünya Kilsələr Şurası tərəfindən də tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top