Bakıda gənc qız qatar küləyinin təsiri nəticəsində yıxılaraq ölümcül xəsarət alıb

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb.

Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Report

DİGƏR XƏBƏRLƏR

Top