Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsinin vaxtı məlum olub

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Həmin şəxslərin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.

Prosesin hazırlıq iclası fevralın 20-də keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar. APA

DİGƏR XƏBƏRLƏR

Top