Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlanıb

Yaponiyanın Kobe Universitetinin geoloqları Kyuşu adası yaxınlığında püskürəcəyi halda böyük faciəyə səbəb ola biləcək supervulkan aşkarlayıblar.

Yaponiya sahillərində aşkarlanmış həmin vulkan 34 kub/kilometr maqmaya sahibdir və 100 milyon insanın ölümünə səbəb ola bilər.

Bu vulkanın 7,3 min il əvvəl püskürərək Yaponiyanın cənubunda sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir.

Mümkün püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunami meydana gətirə, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər.

Lakin tədqiqatçılar vulkanın aktivləşmə ehtimalını 1% qiymətləndirirlər. APA

DİGƏR XƏBƏRLƏR

Top