Azərbaycanda hər saatda 6 körpə doğulur

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144 min 41 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edib. Yeniavaz.com Dövlət Statistika komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb.

Ötən il ölkədə 57 min 109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top