Tofiq Yaqublunun maşınına oğru girib

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun maşınına hücum edilib.

Hadisə fevralın 15-i gecə saatlarında baş verib.

Avtomobilin sağ arxa qapısının şüşəsi sındırılıb. T.Yaqublu bildirib ki, maşından heç nə oğurlanmayıb.

Qeyd edək ki, T.Yaqublu bir gün əvvəl, fevralın 14-də Müsavat başqanı Arif Hacılının qərarı ilə müavinlikdən çıxarılıb. Qafqazinfo


DİGƏR XƏBƏRLƏR

Top