Binəli Yıldırım: Rusiya PKK-nı terror təşkilatı kimi tanıyacaq

Rusiya gələcəkdə PKK-PYD-YPG-nin terror təşkilatı olduğunu qəbul edəcək.

Yeniavaz.com-un BBC-nin türk xəbərlər xidmətinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Rusiya PKK-PYD-YPG-yi terror təşkilatı kimi tanımasa da Türkiyə Silahlı Qüvvələrin Afrin əməliyyatına qarşı hansısa etirazı yoxdur: “Əslində heç kimsənin etirazı ola bilməz. BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, terror hücumuna məruz qalan istənilən ölkənin terroru məhv etməyə dair qanuni haqqı var. Bunu ölkə daxilində və xaricində edə bilər. Rusiya bu gün terror təşkilatı kimi tanımasa da, gələcəkdə qəbul edəcək”.

B. Yıldırım əlavə edib ki, PKK terror təşkilatı İraqın şimalında sıxışdırıldığı üçün ABŞ-ın himayədarlığı sayəsində fəaliyyətini Suriyada davam etdirir. Onun sözlərinə görə, Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı Afrinin şəhər mərkəzini də əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top