Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib. Report

DİGƏR XƏBƏRLƏR

Top