Argentinada itən qayığa dair məlumat verən 4,9 milyon dollar alacaq

Argentina hakimiyyəti ötən ilin noyabrda yoxa çıxan “San Juan” sualtı qayığının tapılmasına imkan verən məlumata görə 98 milyon peso (4,9 milyon dollar) mükafat təyin edib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə müvafiq elan Argentina Müdafiə Nazirliyinin bülletenində dərc edilib. Sualtı qayığın dəqiq yerini müəyyən etməyə kömək edəcək etibarlı məlumatı verən şəxsə mükafat təqdim ediləcək.

Xatırladaq ki, heyət üzvü 44 nəfərdən ibarət olan sualtı qayıq 2017-ci il noyabrın 15-də əlaqəyə çıxmağı dayandırıb. Argentina Hərbi Dəniz Qüvvələri noyabrın 30-da heyət üzvünün xilas edilməsi üzrə əməliyyatı dayandırsa da, sualtı qayığın axtarışı hələ davam edir.

DİGƏR XƏBƏRLƏR

Top