Xameneinin müşaviri: Qərb İranda casusluq üçün kərtənkələlərdən istifadə edib

Qərb dövlətləri İranın nüvə obyektlərini güdmək üçün müxtəlif vasitələrdən, o cümlədən radiasiyanı özünə tərəf çəkən casus kərtənkələlərdən istifadə edib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın Ali Rəhbəri Ayətulla Əli Xameneinin baş hərbi müşaviri, ölkə ordusunun keçmiş Baş Qərargah rəisi Həsən Firuzabadi deyib.

Onun sözlərinə görə, Qərb İrana qarşı casusluq etmək məqsədilə tez-tez turistlərdən, alimlərdən və ekoloqlardan istifadə edir.

H. Firuzabadi buna misal olaraq qeyd edib ki, bir neçə il əvvəl hansısa adamlar Fələstinə yardım toplamaq adı altında İrana gəlmişdilər: “Onların seçdiyi marşrut bizə şübhəli gəldi. Biz onlarda səhra sürünən heyvanları, kərtənkələlər, buqələmunlar aşkar etdik. Müəyyən etdik ki, sürünənlərin dərisi radiasiyanı cəlb edir və həmin adamlar casus olublar. Onlar nüvə proqramı çərçivəsində harada iş apardığımızı və İran ərazisində uran şaxtalarının yerini tapmaq istəyirdilər”.

DİGƏR XƏBƏRLƏR

Top