Həccə gedəcək zəvvarlara ŞƏRT QOYULDU

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar peyvənd olunacaq.

Bu barədə zəvvarlara təqdim olunan Həcc ziyarəti müqaviləsindəki şərtlərdə qeyd olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanında yayıla biləcəyi ehtimal olunan qrip epidemiyasına görə zəvvarların peyvənd olunması lazımdır.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənədlərin qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. APA

DİGƏR XƏBƏRLƏR

Top