Bu ölkədə korrupsiyada ittiham edilən prezidentlərin sayı 4-ə çatdı

Qvatemala polisi ölkənin keşmiş Prezidenti Alvaro Kolomanı həbs edib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, polis, həmçinin A. Kolomanın başçılıq etdiyi kabinetin keçmiş 9 üzvünü həbs edib.

Onların arasında ölkənin sabiq maliyyə naziri Xuan Alberto Fuentesa da var.

Hazırda o, “Oxfam”ın Direktorlar Şurasının sədridir. Qvatemala Prokurorluğunun məlumatına əsasən, korrupsiya təhqiqatı “Transurbano” layihəsi ilə əlaqədardır.

Ölkə hökuməti şəhərin nəqliyyat xidməti sisteminin yaradılmasına görə özəl avtobus şirkətləri konsorsiumuna 35 milyon dollar ödəyib.

Bu saziş Prezident və onun kabinetinin bir neçə üzvü tərəfindən qəbul edilib, lakin büdcədən alınmış vəsaitlərin üçdə biri heç vaxt istifadə olunmayan avadanlığa xərclənib, qalan pulların nəyə xərcləndiyi isə hələ də naməlum olaraq qalır.

Qeyd edək ki, A. Kolom Qvatemalının korrupsiyada ittiham edilən sayca dördüncü prezidentidir.

DİGƏR XƏBƏRLƏR

Top