Səudiyyə Ərəbistanı 10 ildə qaz hasilatını 2 dəfə artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanı 10 il ərzində qaz hasilatını 2 dəfə artırmağı planlaşdırır.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib.

Hazırda Səudiyyə Ərəbistanı ölkədə hasil edilən bütün qazı istehlak edir – ildə təqribən 110 milyard kubmetr. Eyni zamanda, ölkə maye təbii qazın o cümlədən Rusiya və ABŞ-a ixrac edilməsi üzrə danışıqlar aparır. Səudiyyə Ərəbistanında qaz ehtiyatları 84 trilyon kubmetr təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top