Yevlaxda canavar evə girmək istəyib - FOTOLAR

Əvvəl qoyunları parçaladı, daha sonra evə hücum etdi. Yeniavaz.com xəbər verir ki, xoşagəlməz hadisə Yevlaxda baş verib. Rayonun Tanrıqullar kənd sakini Nasir Məmmədovun həyətinə girən yırtıcı 5 baş xırdabuynuzlu heyvanı parçalayıb. Acgöz canlı kənd sakinin 10-a yaxın qoyununu isə yaralayıb. Zərərçəkənin oğlu Namiq Məmmədov hadisə barədə saytımıza açıqlamasında bildirdi ki, hadisə baş verən an səs-küyə oyanıblar. Yaşlı qadın işığı yandırıb pəncərəyə yaxınlaşan zaman isə canavar işıq gələn hissəyə atılıb. Şüşələri sındıra bilməsə də, vəhşi heyvan ev sahiblərinə həycanlı analar yaşada bilib.

Namiq Məmmədov deyir ki, canvarlar Tanıqullar kəndi ərazisində bir neçə ay öncə 3-4 sakinin həyətinə soxulub, xeyli heyvan tələf edib. Aidiyyəti orqanlara müraciət olunsa da, tədbir görülmür.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top