Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub. Bu barədə "Zerkalo nedeli" nəşrinə Ukrayna prezidenti Administrasiyasından bildirilib. “Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin sürətləndirilməsi, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə olunub”, - deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib. Ukrayna prezidenti Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdaşlarla əlaqələndirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top