
Bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 815,8 milyon dollar olub. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20,1% çoxdur. Bu dövürdə qonşu ölkədə ixracın həcmi 25,7% artaraq 222,2 milyon dollara, idxal isə 18,1% artaraq 593,6 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 371,3 milyon dollarlıq mənfi saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 45,5% artıb.
Tətbiqimizi yükləyə bilərsiniz