Azərbaycan Gürcüstanın üçüncü əsas avtomobil idxalçısıdır

2017-ci ildə Azərbaycan Gürcüstandan ən çox minik avtomobili idxal etmiş üçüncü ölkə olub. Gürcüstanın Milli Statistika İdarəsindən verilən xəbərə görə, ötən il Azərbaycan qonşu ölkədən 4 555 ədəd avtomobil idxal edib. 2017-ci ildə Gürcüstandan ən çox minik avtomobili (14 367 ədəd) Ermənistana ixrac olunub. İkinci ən böyük avtomobil idxalçısı 6 186 ədədlə Ukrayna olub.


Ötən il Gürcüstandan ümumilikdə 29 357 minik avtomobili ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 13,7 min ədəd çoxdur. İxrac olunmuş avtomobillərin ümumi dəyəri 234,884.9 min dollar təşkil edib.

Gürcüstanın avtomobil idxalçıları cari ildə ölkədən ixrac olunan avtomobillərin sayının azalacağını proqnoz edirlər. Onlar bunu 2018-ci ildə Azərbaycan və Ermənistanda qüvvəyə minmiş tənzimləmələrlə əlaqələndirir. Belə ki, cari ilin yanvarın 1-dən etibarən Azərbaycan dövləti idxal edilən minik avtomobillərinə yeni gömrük rüsumları tətbiq edir. Ermənistanda isə cari ilin aprel ayının 1-dən sağ sükanlı avtomobillərin idxalına qadağa qoyulacaq.

apa

DİGƏR XƏBƏRLƏR

Top