“Samsung” köhnə smartfonların akkumlyatorundakı kobaltı çıxardacaq

“Samsung” korporasiyası köhnə smartfonların təkrar emalı ilə məşğul olmaq niyyətindədir. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd köhnə smartfonların akkumlyatorlarının tərkibindəki kobaltı çıxartmqdır. Belə ki, kobaltın qiyməti təkcə 2017-ci ildə 235 faiz bahalaşıb. Buna səbəb kobaltla zəngin olan Konq Demokratik Respublikasından (KDR) bu qiymətli metalın ixracına qoyulmuş verginin artırılmasıdır. Dünya kobalt ehtiyatlarının yarısından çoxu KDR-də hasil edilir. Buna görə də “Samsung” və daha bir neçə şirkət (“Volkswagen”, BMW və “Panasonic”) bu Afrika respublikasından asılılığı azaltmağa çalışır. Bu məqsədlə “Samsung” tullantıların təkrar emalı ilə məşğul olan şirkətlərin səhmlərini alacaq, eləcə də kobalt tədarükçüləri ilə uzunmüddətli saziş imzalayacaq. Köhnə akkumlyatorlardan kobaltın çıxarılmasına imkan verən texnologiya 2025-ci ilədək əlavə təqribən 25 min ton kobalt qazandıra bilər.

DİGƏR XƏBƏRLƏR

Top