Ərdoğan: Osmanlı şilləsi yeməyiblər

Fürsətdən istifadə edərək Kipr sahillərində aparılan təbii qaz kəşfiyyat işləri və Egey dənizindəki qayalıqlarda atılan addımlar Türkiyənin diqqətindən qaçmır. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Kiprdə və Egeydə həddini aşanlara xəbərdarlıq edib: “Təhlükəsizlik qüvvələrimiz bölgədəki hadisələrə nəzarət edir və ehtiyac yaranarsa müdaxilə edəcək. Kipr sahillərində fəaliyyət göstərən şirkətlərə yunan tərəfinə güvənərək hədlərini aşmamalırını məsləhət görürük. Bunların qoçaqlıqları ordumuzu, gəmilərimizi, təyyarələrimizi görənə qədərdir”. ABŞ-ı PYD-yə dəstək verdiyinə görə tənqid edən R. T. Ərdoğan bildirib ki, Birləşmiş Ştatlar Türkiyə kimi NATO-nun nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir: “NATO bərabərdir ABŞ demək deyil. NATO-nun bütün üzv ölkələri ABŞ-la eyni hüquqa malikdir. Sənin müttəfiqin olan bir ölkəyə terror təşkilatı hücum edirsə, sən NATO üzvü kimi buna qarşı çıxmalısan”. R. T. Ərdoğan amerikalı generalın Türkiyənin Mənbiçdəki PYD-YPG-yə və oradakı amerikalı əsgərlərə zərbə endirəcəyi təqdirdə sərt cavab verəcəklərinə dair sözlərinə də münasibət bildirib: “Bizi vurarlarsa, sərt qarşılıq verəcəyik deyənlər ömürlərndə heç vaxt Osmanlı şilləsi yeməyiblər. Onları əlbəttə ki, qəsdən hədəf almayacağıq, ancaq başlarında duranlardan başlayaraq gördüyümüz hər terrorçunu məhv edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top