Azərbaycana gələn əcnəbilərin 76%-i 4 ölkənin vətəndaşı olub

Bu ilin yanvar ayı ərzində Azərbaycana 185 min 913 nəfər xarici ölkə vətəndaşı gəlib. Yeniavaz.com Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, yanvar ayında Azərbaycana gələn əcnəbilərin 75,5%-i və ya 140 min 382 nəfəri 4 ölkədən - Rusiyadan, Gürcüstandan, Türkiyədən və İrandan təşrif gətiriblər. Ötən ay Rusiyadan 56 min 990 nəfər, Gürcüstandan 45 min 679 nəfər, Türkiyədən 24 min 276 nəfər, İrandan isə 13 min 437 nəfər gəlib. Bunlardan başqa yanvar ayında Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən 8 min 265, Ukraynadan 4 min 57, İraqdan 3 min 75, Küveyt 2 min 320, Qazaxıstandan isə 2 min 188 nəfər səfər edib.

Açıqlanan statistikada həmçinin qeyd olunur ki, yanvar ayında "Naməlum" ölkədən Azərbaycana 23 nəfər səfərlər edib. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda adları xarici ölkə olaraq göstərilən "Qaçqın Konvensiyası"ndan 18 şəxs, "Qaçqın"dan 4 şəxs, "BMT"-dən 2 şəxs, Azərbaycana səfər edib.

Onu da bildirək ki, ötən il Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında Ermənistan və "Keçmiş SSRİ" vətəndaşları olduğu halda, bu ilin yanvar ayında həmin ölkələrdən Azərbaycana gələn olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top