Məhşur tikinti şirkətinin binalarında su verilişi ilə bağlı problem yaranıb

Bakının Xətai rayonunda yerləşən “Şərur” MTK tərəfindən tikilmiş çoxmərtəbəli binalarda su verilişi ilə bağlı problem yaranıb. Sakinlərin verdiyi məlumata görə, MTK-nın Xudu Məmmədov küçəsində yerləşən yeni tikililərində su nasoslarının sıradan çıxması səbəbi ilə 1 həftədir su verilişi dayandırılıb. “Azərsu” ASC-dən bildirilib ki, həmin əraziyə suyun verilişində fasilə yaranmayıb, problem MTK ərazisində quraşdırılmış su nasoslarından qaynaqlanır.

"Şərur" MTK-nın sədri, iş adamı İsfəndiyar Axundov isə məsuliyyəti şirkətinin üzərindən atıb. İ.Axundov bildirib ki, binadakı su təminatını həyata keçirmək öhdəliyi onun şirkətinin üzərində deyil. Report

DİGƏR XƏBƏRLƏR

Top