Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qolu PYD-ə ağır zərbələr endirib. Bu barədə "Haber7.com" xəbər verib. Xəbərdə bildirilir ki, "Zeytun budağı" əməliyyatının 24-cü günündə Türkiyə hərbçiləri Afrinin qərbindəki Məhəmmədiyyə kəndini və Amara yüksəkliyini terrorçulardan azad edib. Bununla da 51 strateji mövqe düşməndən təmizlənib. Əməliyyat zamanı 103 terrorçu zərərsizləşdirilib.Report

DİGƏR XƏBƏRLƏR

Top