BP Misirdə yeni qaz layihəsini işə saldı

Böyük Britaniyanın BP şirkəti Misirdə Atoll şelf qaz-kondensat yatağında xammalın hasilatına başlayıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda layihənin birinci mərhələsi çərçivəsində sutkada 350 milyon kubfut qaz və 10 min barel kondensat istehsal olunur. Hasil edilən bütün qaz Misirin qaz sisteminə yönləndirilir. 1,5 trilyon kubfut qaz və 31 milyon barel kondensat ehtiyatın olduğu yataq 2015-ci ildə kəşf edilib. Bu, BP-nin 2018-ci ildə işə saldığı ilk layihədir. Misirdə hasil edilən bütün neftin 10 fazi BP-nin payına düşür. Bundan başqa, ökədə istehlak edilən qazın 50 faizi BP-nin tədarüküdür.

DİGƏR XƏBƏRLƏR

Top