İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadi ölüm ayağındadır. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu İraq Daxili İşlər Nazirliyinin Kəşfiyat və Narkotiklərlə Mübarizə İdarəsinin direktoru Əbu Əli əl-Basri deyib. Onun sözlərinə görə, İŞİD-in başçısı Suriyanın şimal-şərqində ekstremistlərin səhra hospitalların birindədir. İdarə direktoru qeyd edib ki, onun ayağı sınıb və bədəninin digər üzvləri təhlükəli yara alıb: “Bağdadi sərbəst hərəkət edə bilmir. O bu yaxınlarda İŞİD-in Suriya-İraq sərhədindəki Əl-Cəzirə regionundakı hospitala çatdırılıb”.