Liviya Türkiyəni terrorçuları dəstəkləməkdə ittiham etdi

Türkiyə Liviyadakı terrorçuları dəstəkləyir.

Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Liviyanın Nümayəndələr Palatasının (parlment) sədri Akilya Saleh deyib.

Onun sözlərinə görə, Benqazidə törədilmiş partlayışların arxasında terror təşkilatları dayanır: “Təəssüf ki, xarici dövlətlər, Türkiyə onlara dəstək verir”.

A. Saleh sözlərinin sübutu kimi Türkiyədən Misrata hərəkət edən içərisində partlayıcıların olduğu gəminin yunan sərhədçiləri tərəfindən saxlanmasını xatırladıb.

Xatırladaq ki, bu ilin yanvarında Liviyanın Benqazi şəhərində böyük məscidin yaxınlığında partlayışların törədilməsi nəticəsində 40-dan çox adam həlak olmuş, 80 adam isə xəsarət almışdı.

Ötən cümə günü isə yenə Benqazidə ibadətgah kompleksinin daxilində bombanın partladılması zamanı iki nəfər həlak olub, onlarla insan yaralanıb.

Yunanıstan sahil mühafizə xidməti yanvarın 6-da Türkiyədən Liviyaya partlayıcıların olduğu yükü daşıyan və Tanzaniya bayrağı altında üzən “Andromeda” gəmisini saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top