Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək. Artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın "newstbilisi" portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək. Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.azərtac