XİN: Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı araşdırma aparılır

Xarici İşlər Nazirliyi Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin Namiq Qəhrəmanovla bağlı araşdırmaya başlayıb.

Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, Namiq Qəhrəmanovun hansı ölkənin vətəndaşı olması ilə bağlı araşdırma aparılır:

“Aidiyyəti dövlət qurumları ilə birlikdə Rusiyada qəzaya uğrayan təyyarədə olan sərnişin Namiq Qəhrəmanovun Azərbaycan vətəndaşı olub-olmaması araşdırılır”.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən sərnişin təyyarəsi Moskva yaxınlığında qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top