Gəgiran kənd sakinlərindən Prezidentə müraciət - VİDEO


Lənkəranın ucqar Gəgiran kənd sakinləri ölkə prezidenti cənab İlham Əliyevə müraciət edib. Bu barədə Yeniavaz.com saytına kənd sakini Ələm Xudaverdiyev məlumat verib. O bildirib ki, fevralın 5-də Gəgiran kəndində torpaq sürüşməsi nəticəsində yol dağılıb, kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İki gün öncə çayın kənarı ilə alternativ yolun açılması üçün işlər başlansa da bu yoldan istifadə etmək çox çətindi. Belə ki, bu yolla getmək üçün bir neçə dəfə çaydan keçməli olursan və olduqca palçıqlı, çətin keçilən yoldur. Sakinlər isə sürüşmə olan əsas yolun yenidən bərpa olunmasını istəyirlər. Qeyd edək Gəgiran kəndinin Lənkəranın mərkəzi ilə məsafəsi 36 km-dir. Yolun 23 km-i təmir olunsada qalan 13 km-i təmirsizdir.

Gəgiran

DİGƏR XƏBƏRLƏR

Top