Kürdə son günlər üzrə sululuq səviyyəsi dəyişdi

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.Trend

DİGƏR XƏBƏRLƏR

Top