Samuxda kürəkən qayınanasını bıçaqlayıb

Samuxda bıçaqlanma olub. Rayonun Sərkar kənd sakini 1945-ci il təvəllüdlü Yusibova Pakizə sol baldır nahiyəsinin bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Qadının sözlərinə görə, o sərxoş kürəkəni tərəfindən bıçaqlanıb. Məlumata görə, P. Yusibovanın qızı ailə münaqişəsi ucbatından iki ay əvvəl ata evinə qayıdıb. Bir neçə dəfə gəlib həyat yoldaşını aparmağa cəhd edən kürəkən bu dəfə içkili vəziyyətdə qayınanasını bıçaqlayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top