Tehran: İran PUA-sının Suriyada uçuşuna dair İsrailin iddiası gülüncdür

İran PUA-sının Suriyada uçuşu ilə bağlı İsrailin iddiası gülüncdür.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

“İran PUA-sının uçuşu və sionist rejimə məxsus hərbi təyyarənin İran tərəfindən vurulmasına dair iddialar gülüncdür. İran Suriyada yalnız məsləhətçi kimi iştirak edir və bu ölkənin qanuni və legitim hökumətinin dəvəti ilə oradadır”, - deyə B.Qasimi qeyd edib.

B.Qasimi deyib ki, müstəqil bir ölkə kimi Suriya dövlətinin öz ərazi bütövlüyünü müdafiə etmək və hər növ xarici təcavüzlə mübarizə aparmaq qanuni hüququ var: “Sionist rejim həmişəki kimi, yalan məlumat yaymaqla və ixtilaflar yaratmaqla regionun müsəlman xalqlarına qarşı cinayətlərini və təcavüzlərini ört basdır etmək istəyir”. APA

DİGƏR XƏBƏRLƏR

Top