Ramzan Kadırov kriptovalyuta aldı

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, bitkoin payı alıb və kriptovalyutanın inkişafını izləmək niyyətindədir.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, “Telegram” səhifəsində yazıb.

O bilirib: “Mən artıq demişdim ki, Çeçenistanda blokçeyn tətbiq ediləcək. Mənə innovativ ödəniş şəbəkələri maraqlıdır. Bitkoin payı almağa qərar verdim ki, kriptovlayutanın inkişafını izləyim”.

R. Kadırov qeyd edib ki, kriptovalyuta alarkən mənfəət qazanmağa zəmanət yoxdur və bu sahədə fırıldaqçılıq inkişaf edib: “Lakin fikrimcə, bu sahə qanunvericiliklə dəqiq tənzimlənməlidir, qadağan edilməməlidir. Əsas odur ki, vətəndaşlar maliyyə piramidalarından və digər fırıldaq sxemlərindən qorunmalıdır”.

Hazırda bitkonin məzənnəsi $8739,56 dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top